Rayon rəhbəri Ağakişibəyli kəndində mərasim evinin tarix otağına baxış keçirdi

Rayon rəhbəri Ağakişibəyli kəndində mərasim evinin tarix otağına baxış keçirdi
  • Cəmiyyət

  • 08 aprel 2026-cı il tarixdə Şərəfə ərazisinin Ağakişibəyli kəndində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kəndin mərasim evində təşkil olunmuş tarix otağına baxış keçirmişdir.

    Rayon rəhbəri kəndin mərasim evində yaradılmış tarix otağı ilə tanış olub. Bildirilib ki, bu otaqda kəndin keçmişini, mədəni irsini və görkəmli şəxslərini əks etdirən eksponatlar, fotoşəkillər və müxtəlif materiallar toplanıb. Araz Əhmədov tarix otağının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

    Sonda tarix otağının daha da zənginləşdirilməsi və qorunub saxlanılması ilə bağlı müvafiq tövsiyələr verilib.



    PAYLAŞ:

    Oxşar xəbərlər