06 aprel 2026-cı il tarixdə Masallı rayonunun Viləş kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aprel döyüşləri şəhidi Əsgərli Nurlan Bayram oğlunun anım günü qeyd edilmişdir.
Anım günündə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin Deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və digər rəsmi şəxslər, həmçinin şəhid ailələri iştirak etmişlər.
Tədbir iştirakçıları aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin şəhadətinin 10-cu ildönümünə həsr olunmuş tədbirdən sonra qəhrəman şəhidlərimiz Nurlan və İntiqam Əsgərlilərin ömür yolunu yaşadan, xatirələrini qoruyub saxlayan ev muzeyi ziyərət edilmiş. Xatirə kitabına ürək sözləri yazılmışdır.

