
16 may 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, ərazi nümayəndəliyi, bələdiyyə və kənd sakinləri ilə birlikdə rayonun Viləş kəndində Aprel şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə yaradılmış ev- muzeyi ilə tanış olmuşlar.
Ziyarət zamanı vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərmizin ev-muzeyində şəxsi əşyalarına, dövlət təltiflərinə, hərb sahəsində işlədikləri müddətdə aldıqları təşəkkürnamələrinə, geyimlərinə və ailə fotolarına baxış keçirilib.
Ev muzeyini ziyarət zamanı şəhid qardaşların anası Ziba Əsgərova və atası Bayram Əsgərov şəhid övladları barədə xatirələrini bölüşərək muzey haqqında məlumatlar vermişlər.
Rayon rəhbəri valideynlərə şəhidlik zirvəsindən, şəhidlərin təkcə onların deyil hər birimizin övladı olduğunu vurğulayaraq şəhid və ailələrin daim diqqətdə saxlanıldığını bildirmişdir. Eyni zamanda muzeydə görülmüş işlərin təqdirəlayiq olduğunu deyən rayon rəhbəri öz tövsiyələrini verərək bütün lazımi köməkliklərini əsirgəmətyəcəyini qeyd etmişdir.
Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.






