06 aprel 2026-cı il tarixdə Masallı rayonunun Viləş kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aprel döyüşləri şəhidi Əsgərli Nurlan Bayram oğlunun anım günü qeyd edilmişdir.
İlk növbədə tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edərək qəbirüstü abidələri önünə tər gül dəstələri düzmüş, şəhidlərin ruhunu ehtiramla yad etmişlər.
Anım günündə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin Deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və digər rəsmi şəxslər, həmçinin şəhid ailələri iştirak etmişlər.

