01 aprel 2026-cı il tarixdə Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş vermiş yanğın faciə ilə nəticələnib.
Hadisə ilə bağlı Masallı rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerində olmuş və vəziyyətlə yerində tanış olmuşlar.
Belə ki, hadisə nəticəsində 75 kv.metr və ona bitişik olan 50 kv.metr olmaqla ümumilikdə 125 kv.metr sahədə fərdi yaşayış evi tamamilə yanıb, evdə olan iki nəfər - baba və nəvə yanaraq həyatını itirib.
Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hazırda baş vermiş yanğının səbəbləri və digər təfərrüatlar araşdırılır.


