Hakan Fidan Əraqçiyə xəbərdarlıq etdi

Hakan Fidan Əraqçiyə xəbərdarlıq etdi
  • Cəmiyyət

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

    “Leqal” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

    Telefon danışığı zamanı Fidan Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raket barədə etirazını qarşı tərəfə çatdırıb.

    O həmçinin münaqişənin yayılmasına səbəb olacaq hər hansı addımlardan çəkinməyin zəruriliyini ifadə edib.

    Qeyd edək ki, İran ərazisindən Türkiyənin hava məkanına yönəlmiş ballistik raket Suriyanın hava məkanında vurulub. Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb. İtki yoxdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər