Orhan Kemal Tavukçuoğlu: Ortaq tarix mətnləri və ortaq ədəbi irs formalaşdırılmalıdır

Orhan Kemal Tavukçuoğlu: Ortaq tarix mətnləri və ortaq ədəbi irs formalaşdırılmalıdır
  • Cəmiyyət / Maraqlı

  • Orhan Kemal Tavukçuoğlu: Ortaq tarix mətnləri və ortaq ədəbi irs formalaşdırılmalıdır
    Bu gün atılan addımların əsası əslində bir əsr əvvəl qoyulmuş, ilk təşəbbüs hələ o zaman irəli sürülmüşdü. Lakin təəssüf ki, dövrün mürəkkəb və gərgin siyasi şəraiti türkologiya sahəsində bir çox təşəbbüslərin gerçəkləşməsinə imkan vermədi. Bu yolda adlarını bu gün hörmətlə xatırladığımız bir sıra alimlərin əməyi olub.

    Bu sözləri AMEA-da keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Recep Tayyip Erdoğan Üniversitetinin dekanı, professor Orhan Kemal Tavukçuoğlu deyib. O, daha sonra bildirib:

    - Biz onların hər birinin xidmətini minnətdarlıqla yad edir, xatirələrini dərin ehtiramla anırıq. Bu gün ortaq əlifbanın hazırlanmasından sonra atılan yeni addım son dərəcə qiymətli və tarixi əhəmiyyət daşıyır. Lakin bununla kifayətlənmək yetərli deyil. Bu proses daha geniş və dərin məzmunla davam etdirilməli, mədəni birlik ruhunu möhkəmləndirəcək ortaq tarix mətnləri və ortaq ədəbi irs formalaşdırılmalıdır. Hesab edirəm ki, bu mətnlər artıq Türk dünyasının bütün dövlətlərində həm orta, həm də ali təhsil səviyyəsində tədris olunmalı, ortaq düşüncə və mənəvi bağları gücləndirən mühüm bilik mənbəyinə çevrilməlidir. Bununla biz yalnız keçmişimizi nəinki daha aydın dərk edəcək, həm də ortaq gələcəyimizi daha möhkəm təməllər üzərində quracağıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər