Maksat Arğınbekulı: Bakı konfransı türklərin daha sıx inteqrasiyası üçün möhkəm bir təməldir

Maksat Arğınbekulı: Bakı konfransı türklərin daha sıx inteqrasiyası üçün möhkəm bir təməldir
  • Cəmiyyət

  • Türk dünyasının möhkəmlənməsi, eləcə də vahid dil və informasiya məkanının təkmilləşdirilməsi üçün möhkəm təməl qoymuş, bütün türk dövlətləri və xalqları arasında iqtisadi, siyasi və mədəni əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə töhfə vermiş Birinci Türkoloji Qurultayın keçirildiyi günlərlə üst-üstə düşən Bakıda keçirilən tədbirin türk dünyası üçün əhəmiyyətini böyükdür.

    Bu sözləri Türk Mədəniyyəti və İrsi Fondu, layihə rəhbəri Maksat Arğınbekulı deyib.

    Maksat Arğınbekulı daha sonra bildirib:

    - 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Türkoloji Qurultayda Qazaxıstanı ölkə ziyalılarının və akademik dairələrinin nümayəndələri təmsil edirdilər. Qazaxıstandan olan əsas nümayəndələr: Əhməd Baytursınov – dilçi, qazax yazılı dilinin islahatçısı və ictimai xadim idi. Qurultayın ən nüfuzlu iştirakçılarından biri olaraq o, əlifba və orfoqrafiya məsələləri üzrə çıxış etmişdir. Xalel Dosmuxamedov – alim, həkim və maarifçi, Eldes Ömərov – müəllim və dilçi, Teljan Şonanov – dilçi, metodist və ictimai xadim idilər.

    Türk xalqlarının inteqrasiya prosesi Qazaxıstan üçün çox vacibdir, çünki biz ortaq mədəni irsi bölüşürük. Onu beynəlxalq səviyyədə qorumaq və təbliğ etmək vacibdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər