Şəhid mayor Asiman Əliyevin atası vəfat edib.
“Leqal” “Unikal”a istinadla xəbər verir ki, şəhidin atası Vaqif Əliyev ürəktutmadan dünyasını dəyişib.
Şəhidin 40-cı günü anası Gülayə Məmmədova da vəfat etmişdi.
Qeyd edək ki, Asiman Vaqif oğlu Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 7 noyabr tarixində Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
A. Əliyev göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.