Erməni silahlı qüvvələri Tərtərə atəşi nəticəsində 2 mülki şəxs həlak olmuş və 1 nəfər yaralanmışdır

Erməni silahlı qüvvələri Tərtərə atəşi nəticəsində 2 mülki şəxs həlak olmuş və 1 nəfər yaralanmışdır
  • Cəmiyyət

  • Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

    LEQAL.AZ xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulmuşdur.
    Bu gün saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olmuş,  1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaşayış evinə isə külli miqdarda ziyan dəymişdir.
    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər