13 yaşlı Sənan Daşdəmirovun “Lənət saatı” adlı kitabı işıq üzü görüb

13 yaşlı  Sənan  Daşdəmirovun  “Lənət saatı” adlı  kitabı işıq üzü görüb
  • Cəmiyyət

  • Bakının Sabunçu rayonunda yerləşən İlqar Əliyev adına 96 nömrəli orta məktəbin yeddinci sinif şagirdi Sənan  Daşdəmirovun “Lənət saatı” adlı kitabı çapdan çıxıb. Kitab Azərbaycan uşaqlarına hədiyyə kimi nəşr edilib.

    O, erkən yaşlarından yaradıcılığa böyük maraq göstərir. Rəssamlıq və aktyorluq Sənanın sevdiyi əsas fəaliyyət sahələridir.

    Məktəbli yazar, duyğu və düşüncələrini rəsmlər və obrazlar vasitəsilə ifadə etməyi sevir. Xəyal gücü zəngin olan müəllif yaradıcılığı ilə oxuculara öz dünyasını tanıtmağı qarşısına məqsəd qoyur.

    Qeyd edək ki, bu kitab onun yaradıcılıq yolunda atdığı ilk addımlardan biridir.



    PAYLAŞ:

    Oxşar xəbərlər