Səbail rayonu, 49 saylı tam orta məktəbdə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib

Səbail rayonu, 49 saylı tam orta məktəbdə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib
  • Cəmiyyət

  • R.Hüseynov adına 49 nömrəli “ İntellekt “məktəb liseydə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib.

    Tədbir Azərbaycan Respublikasının dövlət himni səsləndirilərək açıq elan edilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə məktəbin direktoru Elza Bağırzadə çıxış edərək iştirakçıları salamlayıb və şəhid övladlarını təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. 

    Məktəb direktorunun çıxışından sonra yaradıcı şagirdlərin birlikdə hazırladığı Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeirini səsləndirilib.

    I və II Qarabağ müharibəsində iştirak edən şəhidlərimiz yad edildikdən sonra, məktəbin şəhid məzunları haqqında tədbir iştirakçılarına məlumat verilib.

    Daha sonra 49 nömrəli məktəbin-liseyin məzunu olmuş, şəhid Rəfael Hüseynovun atası Maarif Hüseynov tədbirdə iştirak edərək, həmyerlimizi təbrik edir, istedadlı şagirdlərə təhsillərində uğurlar arzulamşdır.

    Qeyd edək ki, 49 saylı məktəb birinci Qarabağ muharibəsində şəhidlik zirvəsinə ucalan Rəfael Hüseynovun adını daşıyır.

    PAYLAŞ:

    Oxşar xəbərlər