Diplomatiyanın gənc siması: Urdu, Fransız, İngilis dillərini bilir

Diplomatiyanın gənc siması: Urdu, Fransız, İngilis dillərini bilir
  • Cəmiyyət

  • Azərbaycan xarici siyasətində parlayan yeni gənc simalardan biri də sabiq səfir köməkçisi Vüsal Hümbətzadədir.

    "Leqal" xəbər verir  ki,Vüsal Hümbətzadə Azərbaycanın gənc diplomatiya mühitində parlayan yeni nəsil nümayəndələrindən biri, beynəlxalq münasibətlər və qlobal siyasət sahəsində əldə etdiyi uğurlarla seçilən gəncdir.

    Vüsal Hümbətzadə 2003-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Vedi rayonundandır. Erkən yaşlarından xarici dillərə, qlobal siyasətə və akademik yaradıcılığa marağı onu həm ölkə daxilində, həm də xaricdə nüfuzlu layihələrə çıxaran əsas amillərdən olub.

    2020-ci ildə Azərbaycan beynəlxalq məktəbi (“TISA International School of Azerbaijan”) məktəbini bitirib. 2020-ci ildə ADU-nun Beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2024-cü ildə həmin universiteti fərqlənmə ilə bitirib. 2024-cü ildə ETH Zurich universitetinə qəbul olub. 2024-cü ildə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin (Bilal Hayee) köməkçisi vəzifəsində çalışıb. Bundan əvvəl isə ictimai əsaslarla Pakistan Səfirliyinin Mədəniyyət Mərkəzində müdir köməkçisi vəzifəsində çalışıb. 

    O, əvvəllər təhsil aldığı unversitetdə “Gənc politoloqlar” klubunun sədri kimi fəaliyyət göstərib.

    Oxford Universitetinin beynəlxalq müsabiqəsində, dünya üzrə 5 finalçısından biri olub. 

    Harvard Universitetinin təşkilatçılığı ilə online formada keçirilən "Ekologiyamızı qoruyaq" beynəlxalq layihə müsabiqəsinin qalibi olub.

    Asiya ölkələrinin "Beynəlxalq diplomatiya" üzrə keçirilən beynəlxalq bilik müsabiqəsində Azərbaycanı təmsil edən yeganə tələbə olub və beynəlxalq yarışda birinci yeri qazanıb.

    Pakistan Müasir Dillər Universitetinin təşkil etdiyi “Brend tələbə” rəsm müsabiqəsinin qalibi olub

    Finlandiyanın nüfuzlu ali təhsil ocaqlarından biri – Helsinki Universiteti tərəfindən təşkil olunan 1 nömrəli elmi məqalə – 2025” beynəlxalq müsabiqəsində “Alqoritmlərin insan davranışına təsiri” adlı elmi məqaləsi ilə 1-ci yerə layiq görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər