Azərbaycan Dillər Universitetinin məzun Vüsal Hümbətzadə ilə - MÜSAHİBƏ

Azərbaycan Dillər Universitetinin məzun Vüsal Hümbətzadə ilə - MÜSAHİBƏ
  • Cəmiyyət

  • Zəhmət olmasa özünüzü təqdim edə bilərsiniz?

    Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasına 2020-ci ildə qəbul olun 2024-cü ildə həmin ixtisas üzrə məzunu olmuşam.

    ADU reytinqin siyahısında adı var?

    Bir neçə ay əvvəl QS beynəlxalq reytinq cədvəli açıqlandı və ölkəmizin ən nüfuzlu universitetlərindən olan Azərbaycan Dillər Universiteti həmin siyahıda 301-340-cı yerə layiq görüldü. Ölkə tarixində ilk dəfə iki universitetimiz bu siyahıda olmağa haqq qazandı. Bunlardan biri də məhz öz təhsil səviyyəsinin yüksək tədris olunması ilə seçilən ADU-dur.

    Siz bu tarixi hadisə ilə bağlı öz təəssüratlarımı bölüşə bilərsiniz?

    Əslində universitetlərin dünya reytinqində yer alması həmin universitetdə təhsil mühitinin hansı səviyyədə olmasını göstərir. Təbii ki, reytinq müəyyənləşdirilərkən burada təkcə bir amil nəzərə alınmır, bir neçə amil nəzərə alınaraq bu qiymətləndirilmə aparılır. Təəssüf edirəm ki, bizim universitetlər dünya universitetləri ilə mübarizə aparmaq baxımından həmişə geridə qalıblar, bu da təhsil ənənəsinin ölkəmizdə bir qədər gec başlamasından irəli gəlir. Lakin biz artıq ADU-nu bu siyahıda görürük və mən bir ADU tələbəsi kimi bu hadisəni fəxrlə qeyd edirəm. Çünki biz hazırda dünyanın bir çox aparıcı universitetləri ilə eyni siyahıdayıq və bu bizim üçün çox qürurverici bir haldır.Sözügedən siyahıya daxil olmaq sizə kiçik bir nüans kimi gəlməsin. Dünya Universitetlərinin reytinqi siyahısına daxil olan universitetlər hər mövqedən xüsusən seçilmiş olan təhsil müəssisələridir. Bu siyahıda olmaq üçün universitetin müəllim heyətindən və rəhbərliyindən çox şey asılıdır. Bu gün Azərbaycan Dillər Universitetinin rəhbərliyi, başda rektor akademik Kamal Abdulla olmaqla digər şəxslər xeyli yenilikçi, dünyada gedən elmi təhsil proseslərini dərindən bilən adamlardır. Bu da bizim dünya liderləri arasında olmağımıza səbəb oldu.

    Sonda isə ADU-da tələbələrlə müəllimlər arasında olan münasibəti bildirə bilərsiniz?

    . Universitetə qəbul olduğum ilk gündən istər müəllim heyəti, istərsə də rəhbər şəxslərin bizə qarşı bəslədiyi mülayim münasibəti demədən keçə bilmərəm. Başda rəhbər şəxslər olmaqla ADU-nun müəllim kollektivi bizə qarşı çox yaxşı münasibət bəsləyir və mən deyərdim ki, bizi öz övladlarından ayrı seçmirlər. Daim bizə dəstək olub, bütün problemlərimizdə bizə kömək olurlar. Bir sözlə, ADU sözün əsl mənasında ən gözəl sözlərə layiqdir.

    - Hansı dilləri bilirsiniz?

    Urdu, Fransız, İngilis dillərini bilirəm. İspan və İtaliyan dillərini öyrənməyə çalışıram.

    - Orta məktəbdə oxuyarkən digər şagirdlərdən nə iləsə fərqlənmisiniz? Ümumiyyətlə, orta məktəbdə necə oxuyurdunuz?

    Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Hər zaman mən müəllimlərimi, onlar da məni sevib. Digər şagirdlərdən fərqlənmək deməyək, amma özüməməxsus məni mən edən şeylər olub. Bunlara başda idarəetmə qabiliyyətim və özümə güvənim olmaqla, digər spesifik xüsusiyyətlərim də daxildir.

    - Ailəniz haqqında nə söyləyə bilərsiniz?

    Əvvəlcədən sizə bir söz deyim. E. Laskerin belə bir fikri var ki, dünya yalnız subay oğlan və qızlar üçün gözəldir (gülür). Əlbəttə, bu bir zarafatdır, həyatın öz qanunları var, biz də ona əməl etməliyik. Hə, ailədə iki uşaq olmuşuq - bir bacı, bir qardaş. 

    - Başqa tələbələri ruhlandırmaq üçün onlara nə deyə bilərsiniz?

     Heç vaxt öz istəklərinizdən, ideyalarınızdan dönməyin. Əgər o yolda uğurlu olacağınızı düşünürsünüzsə, əmin addımlarla addımlayın. Bir gün heç gözləmədiyiniz anda möcüzələrlə qarşılaşacaqsınız. İnanın mənə, siz olduğunuz yerin ən yaxşısı olmağı istədikcə, ən yaxşılar sizi tapacaq. Ona görə mütaliə etməyi, özünüzə inanmağı və özünüzə vaxt ayırmağı unutmayın. Bu sizin üçün uğurun açarı olacaq.



    Müsahibəni aldı: jurnalist Brilliant Rəsulova

    PAYLAŞ:

    Oxşar xəbərlər