Beynin qocalmasını ləngidən qidalar müəyyən edildi

Beynin qocalmasını ləngidən qidalar müəyyən edildi
  • Cəmiyyət

  • Yaşıl çay, qoz və manqay adlı su bitkisinin qəbulu beyin yaşlanmasının ləngiməsinə kömək edə bilər.

    "Leqal" xəbər verir ki, bu barədə Harvard Universiteti, İsrailin Ben-Qurion Universiteti və Almaniyanın Leypsiq Universitetinin birgə araşdırmasına qeyd olunub.

    18 ay davam edən tədqiqatda 300-ə yaxın yetkin iştirak edib. Onlar müxtəlif pəhriz qruplarına bölünüb və nəticələrdə “yaşıl Aralıq dənizi pəhrizi”nə əməl edən şəxslərdə beyinin daha gənc qaldığı müəyyən edilib. MRT müayinələri həmin şəxslərin beyninin faktiki yaşından daha cavan göründüyünü göstərib. Həmçinin beyinin qocalması ilə əlaqəli qalyektin-9 zülalının səviyyəsi bu qrupda daha çox azalıb.

    Alimlər qeyd ediblər ki, yaşıl çay antioksidantlarla, qoz faydalı yağlar və polifenollarla zəngindir. Dünyanın ən kiçik yarpaqlı tərəvəzi hesab olunan manqay isə B12 vitamini və dəmirin asan mənimsənilən formalarını özündə birləşdirir. Bu komponentlər iltihab riskini azaldaraq yaddaş və koqnitiv funksiyaları dəstəkləyə bilər.

    Tədqiqatçılar vurğulayıblar ki, manqayın geniş yayılmamasına baxmayaraq, yaşıl çay və qozun qəbulu belə beyin sağlamlığına ciddi müsbət təsir göstərir.
    PAYLAŞ:

    Oxşar xəbərlər