Habil Əbdürrəhimlinin şəhid olduğu gündür

Habil Əbdürrəhimlinin  şəhid olduğu gündür
  • Cəmiyyət

  • Bu gün Vətən müharibəsinin şəhidi, Habil Əbdürrəhimlinin anım günüdür.

    Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı olan Habil Əbdürrəhimli 1997-ci ilin bu günü Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub.

    "Leqal" xəbər verir ki, 2014–2018-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil alıb və təhsilini bitirdikdən sonra Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. Habil Əbdürrəhimli 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 8-də Zəngilanın azad edilməsi zamanı Ağbənd istiqamətində düşmənin açdığı snayper gülləsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

    Habil Əbdürrəhimli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

    Ruhu şad olsun!
    PAYLAŞ:

    Oxşar xəbərlər