Balıkesirdə yenə zəlzələ oldu

Balıkesirdə yenə zəlzələ oldu
  • Cəmiyyət

  • Türkiyədə 4,3 bal gücündə zəlzələ olub.

    “Leqal” xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

    Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.

    Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.

    Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 ballıq zəlzələ baş vermişdi. Həmin hadisədə çökən binanın dağıntıları altından bir ailənin 4 üzvünün meyiti çıxarılmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər