
Tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib.
"Leqal" Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Qeyd edilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib.
Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə o bir illik kirayə haqqını ödəməmişdi.