Yetkinlik yaşına çatmayan şəxsə nişan mərasiminin keçirilməsinin qarşısı alındı

Yetkinlik yaşına çatmayan şəxsə nişan mərasiminin keçirilməsinin qarşısı alındı
  • Cəmiyyət

  • Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya ilə əlaqəli şəkildə aparılan araşdırma nəticəsində Rayon Polis şöbəsinin aidiyyəti əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan, 2009-cu il təvəllüdlü S.Ağayevanın (ad və soyad şərtidir) Masallı şəhərində yerləşən “Mübarək” adlanan şadlıq evində keçirilməsi nəzərdə tutulan nişan mərasiminin qarşısı alınıb.

    Faktla bağlı nişan mərasimi başlamazdan əvvəl uşağın valideynləri, şadlıq evinin rəhbərliyi və digər tərəflər ilə profilaktik söhbətlər aparılmış, məsuliyyətləri barədə xəbərdarlıq edilmiş və mərasim baş tutmamış dayandırılmışdır.

    Bir daha vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, yetkinlik yaşına çatmayanların erkən nikaha cəlb edilməsindən çəkinsinlər, əks halda yeni dəyişikliklərdən sonra qüvvədə olan qanunvericiliyə əsasən ciddi cəza tədbirləri görüləcəkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər