Avropa İttifaqı Azərbaycanı etibarlı və ümumi Avropa qaz təchizatçısı adlandırır

Avropa İttifaqı Azərbaycanı etibarlı və ümumi Avropa qaz təchizatçısı adlandırır
  • Cəmiyyət

  • Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin iqtisadi potensialını və nüfuzunu düzgün qiymətləndirən aparıcı dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Serbiya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmuşdur. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur. Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələr daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

    Azərbaycanın Avropanın enerji təchizatının əsas təminatçılarından birinə çevrilməsi bir daha sübut edir ki, ölkəmiz bütövlükdə dünyanın iqtisadi məkanında önəmli yerlərdən birini tutur. Bu baxımdan, Serbiya-Bolqarısan Qaz İnterkonnektoru layihəsinin həyata keçirilməsi mühüm məqamlardan biridir.

    Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətinin Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, gələcək planların həyata keçirilməsi üçün enerji resurslarının mövcudluğu və şaxələndirilmiş təchizat şəbəkəsinin qurulması labüddür.

    2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. 2025-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracının 8 milyard kubmetrdən bir qədər çox olması, bu il bu rəqəmin təxminən 12 milyard kubmetrə çatması və bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etməsi onu göstərir ki, Azərbaycan qoyduğu hədəfə doğru inamla gedir.

     Azərbaycanın uğurla icra edilən enerji strategiyasından danışan ölkəmizin başçısı bildirib ki, tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Azərbaycan Bolqarıstana qaz təchizatını iki il bundan əvvəl başlamışdır.

    Sözün əsl mənasında etibarlı tərəfdaş olan, dostluq ənənələrinə həmişə sadiq qalan     

    Azərbaycan bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri  bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir

     

                            
    Aida Məmiyeva,
    Masallı rayonu Viləş kənd sakini

     


    PAYLAŞ:

    Oxşar xəbərlər