
Azərbaycan milli mətbuatının 150 illik yubileyi təkcə bir tarixi faktın qeyd olunması deyil, həm də xalqımızın mədəni, siyasi və ictimai inkişaf tarixinin mühüm bir mərhələsinə ehtiramən ifadəsidir. 150 il əvvəl 1875-ci ilin 22 iyul tarixində “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatı yaranmış, xalqın maariflənməsi və milli özünü dərk prosesində yeni bir dövrün təməli qoyulmuşdur. Bu gün,150 il sonra həmin qəzetin ideya və amalına qadir olaraq, milli mətbuat cəmiyyətin güzgüsü olaraq fəaliyyətini davam etdirir.
Milli Mətbuatın 150 illiyi müstəqil Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd edilir.Bu yubiley milli mətbuatın keçdiyi tarixi yolun,fədakar qələm sahiblərinin əməyinin və jurnalistikanın ictimai həyatda oynadığı rolu qiymətləndirməyə imkan verir.Mətbuat yalnəz xəbər vasitəsi deyil,o,tarixdir,yaddaşdır,mücadilədir.150 il ərzində Azərbycan mətbuatı çar senzurasından sovet ideoloji çərçivələrinə,oradan isəmüstəqillikdövrünün demokratik ifadə meydanlarına qədər böyük bir inkişaf yolu keçmişdir.
“Əkinçi”dən başlanan bu yol boyu “Ziya”, ”Kəşkül”, ”Həyat”, ”İrşad”, Molla Nəsrəddin” kimi mətbuat orqanları xalqın maarifləndirilməsi,sosial ədalət və milli kimliyin qorunması uğrunda mübarizə aparmış,Azərbaycan ictimai fikrinin formalaşmasında böyük rol oynamı.dır.Bu qəzetlərdə çıxış edən ziyalılar-Həsən bəy Zərdabi,Cəlil Məmmədquluzadə,Əlimərdan bəy Topçubaşov,Mirzə Ələkbər Sabi və digərləritəkcə jurnalist deyil,həm də fikir adamları,maarifçilər,xalqın yol göstərənləri olmuşlar.
Milli Mətbuatın 150 illik yubileyi həm də çağdaş medianın üzərinə düşən məsuliyyəti bir daha xatırladır.İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi XXI əsrtd jurnalistikanın rolu dəyişsə də,mahiyyəti eyni qalır:cəmiyyətə doğru,dəqiq və jbyektiv informasiy çatdırmaq,vətəndaş cəmiyyətinin inkişafına tohfə vermək.Bu gün Azərbaycan mediası təkcə ölkə daxilində deyil,həm də beynəlxalq informasiya məka milli maraqların müdafiəçisi rolunu oynayır.
150 illik yubiley milli mətbuatın nə qədər dəyərli və zəngin irsə sahib olduğunu göstərir.Bu tarixi gün bizə yalnız keşmişlə fəxr etməyi deyil,eyni zamanda gələcək üçün məsuliyyət daşıdığımızı da xatırladır.Mətbuat yaşadıqca xalqın sözü danışacaq,tarixi yazılacaq,kimliyi qorunacaq
Şəkilə Xəlilova,
Masallı rayon Qızılağac kənd 1 nömrəli tam orta məktəb