
Azərbaycanın milli mətbuatının yaranması və inkişafı xalqımızın maariflənməsi, milli şüurun yüksəlməsi və dövlətçilik yolunda əvəzsiz rol oynayıb.Bu böyük yolun başlanğıcı 1875-ci ilin 22 iyul tarixinə təsadüf edir.Həmin gün Həsən bəy Zərdabinin rəhbərliyi altında “Əkinçi” qəzeti nəşr olunmuş və bu hadisə Azərbaycan milli mətbuatının rəsmi başlanğıcı kimi tarixə düşmüşdür.”Əkinçi” Azərbaycan dilində çıxan ilk qəzet olmaqla yanaşı,xalqın maarifləndirilməsi və milli mədəniyyətin qorunması sahəsindəönəmli vəzifə yerinə yetirmişdir.
22 İyul tarixi hər il Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.Bu gün milli mətbuatımızın zəngin tarixini,milli ruhu və söz azadlığının vacibliyini təbliğ edir.
Milli Mətbuat Günü jurnalistlərin peşə bayramıdır və bu sahədə çalışan bütün media nümayəndələrinin əməyinə,məsuliyyətinə və yaradıcılığına yüksək qiymət verilir.
Jurnalistlər cəmiyyətin aynası,ictimai rəyin formalaşdırıcısı,hüquqların və vətəndaş azadlıqlarının müdafiəçisi kimi fəaliyyət göstərirlər.BU gün həm də söz azadlığının,demokratik dəyərlərin və milli mədəniyyətin inkişafının təntənəsidir.
Azərbaycan mətbuatının yaranması xalqımızın tarixindı yeni mərhələnin başlanğıcı oldu.”Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan milli mətbuatda öz yerini tapdı,milli ədəbiyyat,fikir vəideyalar xalq arasında yayıldı.Bu ,ölkədə maarifçilik hərakatını gücləndirdi və milli mədəniyyətin inkişafına təkan verdi.Mətbuat ilk dəfə olaraq xalqın problemlərini,siyasi,sosial və iqtisadi məsələləri işıqlandırmağa başladı,milli oyanışın təməlini qoydu.
Milli Mətbuat Günü həm də Azərbaycan Jurnslistikasının ötən yüzilliklərdə keçdiyi inkişaf yoluna nəzər salmaq üçün bir fürsətdir.Bu yol zəngin tarixi irs,böyük ziyalıların və jurnalistlərin fədakarlığı ilə doludur.Milli mətbuat dövrün çətinliklərinə baxmayaraq,xalqın haqq səsini çatdırmaq,vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq missiyasını həyata keçirmişdir.
Son dövrlərdə milli mətbuat informasiya texnologiyalarının sürətli inkişafı fonunda yeni dövrə qədəm qoymuş,rəqəmsalmedianın geniş yayılması ilədaha geniş auditoriyaya çatmışdır.Lakin Milli Mətbuatın missiyası dəyişməz olaraq qalır-xalqın maarifləndirilməsi,demokratik dəyərlərin təbliği.Bu baxımdan 22İyul Milli Mətbuat Günü həm milli mətbuatın tarixinə hörmət,həm də onun gələcək inkişafına inam və ümid günü kimi əhəmiyyət kəsb edir.
Şəkilə Xəlilova,
Masallı rayonu Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi