
Masallı rayonu ərazisində mövsümi taxıl biçininə start verilmişdir.
Masallı rayonunda bu il də müxtəlif sahələrdə olduğu kimi taxıl biçini xeyriyyə aksiyaları ilə başlamışdır.
Belə ki, Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Təklə bələdiyyəsinin təşkilatçılığı ilə rayonunun Xoşçobanlı kəndində kombayn sürücüsü Əsgərov Mahir Tahir oğlu tərəfindən Vətən Müharibəsi şəhidi Bağırov Həsənağa Məmmədağa oğlunun ailəsinə məxsus 1,5 ha və bir nəfər ailə başçısını itirmiş aztəminatlı ailənin 0,80 ha taxıl sahəsi təmənnasız biçilmiş, Şirəliyev Elxan Asar oğlu tərəfindən isə təmənnasız olaraq evinə daşınaraq təhvil verilmişdir.
Rayonunun Təklə kənd inzibati ərazi dairəsində yuxarıda qeyd olunan xeyriyyə aksiyası davam etdirilir.