“Bakı Enerji Həftəsi ”  ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsdiq edir  

“Bakı Enerji Həftəsi ”  ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsdiq edir    
  • Cəmiyyət

  • Cari ilin iyunun 2-də ölkəmizin paytaxtında start götürmüş Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib.

    Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, ölkəmizdə ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra isə Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Əlbəttə ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində mümkün oldu.

    Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Ölkədə genişmiqyaslı islahatlar həyata keçirir, iqtisadiyyatımız özünü təmin edir. Bu gün Azərbaycan dövləti insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırır. Savadlılıq səviyyəsi 100 faizə bərabər olan Azərbaycan regionda yeni mühit formalaşdırdı. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərləri inşa edilib. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olduğuna baxmayaraq, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Çünki Azərbaycan dövləti infrastruktur layihələrinə çox böyük sərmayə yatırır. Bununla yanaşı, ölkəmizin enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Bu gün Azərbaycan qazını alan ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil. İxrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar aparılır və sərmayə qoyuluşu həyata keçirilir. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir.

    Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da ölkənin ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması Azərbaycan dövlətinin məsuliyyətini nümayiş etdirir.

    Bütün bu yaşıl enerji potensialı sayəsində Azərbaycanın elektrik enerjisinə artan tələbatı əsasən bərpaolunan enerji hesabına təmin ediləcək. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm yanacağa tələbat olan ölkələrə ixrac oluna biləcək.

     


    Akif  Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi


    PAYLAŞ:

    Oxşar xəbərlər