Möhtərəm Prezidentimizin apardığı uğurlu siyasətinin nəticəsi

Möhtərəm Prezidentimizin apardığı uğurlu siyasətinin nəticəsi
  • Cəmiyyət

  • Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan özünün xarici siyasətində geniş fəaliyyət istiqamətlərindən biri olaraq ölkəmizin dünyada tanıdılmasını müəyyən etdi, eləcə də Azərbaycanın təbii sərvət və əhali potensialının, geosiyasi mövqeyi, mədəniyyəti, incəsənət və musiqisinin hər bir sahədə təbliği ilə məşğul oldu. Azərbaycan bu günədək yüzlərlə beynəlxalq konfransın, irimiqyaslı, mötəbər tədbirlərin həyata keçirilməsinə müvəffəq olub, beləliklə də, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib.Son illər yüksək sürətli inkişaf nəticəsində güclü dövlətə çevrilmiş respublikamız regional layihələrin iştirakçısı olmaqla yanaşı təşkilatçı funksiyasını da artırmışdır. Ölkəmizdə bəşəriyyəti daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa rəvac verən forumların keçirilməsi, mötəbər toplantılara ev sahibliyi edilməsi həm də Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir.

    Ötən il respublikamızda təşkil olunmuş beynəlxalq tədbirlər iqtisadiyyat, elm və təhsil, siyasət sahələrini əhatə etməklə bahəm sivilizasiyalararası dialoqu reallaşdıran qlobal sosial problemlər də diqqətdən kənarda qalmadı. 1994-cü ildə "Əsrin müqaviləsi"nə imza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan dördüncü sənaye inqilabının baş verdiyi əsrdə özünün energetika siyasətini uğurla "yaşıl" enerji, "yaşıl" iqtisadiyyat siyasətinə transformasiya edir. Vətən müharibəsindən sonra Azərbaycan "yaşıl" iqtisadiyyatın təşviqi və "yaşıl" enerjinin istehsalı sahəsində bir sıra vacib meqalayihələrə imza ataraq, dünyada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Ölkədə neft və qazdan əlavə, istehsal olunan alternativ enerjinin xaricə nəql olunması istiqamətində dost dövlətlər mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər.
               
    İyunun 21-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.Möhtərəm Prezidentimiz “Euronews”a müsahibəsi də qeyd edib:” Mən də belə düşünürəm. Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.”

    Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.Bu Möhtərəm  Prezidentimizin apardığı uğurlu siyasətinin nəticəsidir.Allah prezidentimizi qorusun.





    Əntiqə Tağıyeva,
    Masallı Tarix-diyarşünaslıq Muzeyinin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər