AMEA ərazisində təmizlik və yaşıllaşdırma günləri çərçivəsində yeni ağac tingləri və gül kolları əkilib

AMEA ərazisində təmizlik və yaşıllaşdırma günləri çərçivəsində yeni ağac tingləri və gül kolları əkilib
  • Cəmiyyət

  • Bu gün AMEA-nın Əsas binasının ərazisində yaz mövsümü ilə əlaqədar aparılan təmizlik, abadlaşdırma və yaşıllaşdırma işləri çərçivəsində növbəti dəfə respublikamızın bölgələrindən gətirilmiş müxtəlif növ gül kolları və ağac tingləri əkilib.

    Ağacəkmə prosesində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iştirak ediblər.

    Akademik İsa Həbibbəyli Akademiya ərazisində təmizlik, abadlaşdırma və yaşıllaşdırma günləri çərçivəsində aparılan ağacəkmə prosesinin ölkəmizdə həyata keçirilən yaşıllaşdırma və ətraf mühitin mühafizəsinə dəstək məqsədi daşıdığını, ekoloji balansın qorunmasına, biomüxtəlifliyin zənginləşdirilməsinə xidmət etdiyini söyləyib. Qeyd edib ki, bu günlərdə mütəmadi olaraq keçirilən aksiya həm də ekoloji maarifləndirmə məqsədi daşıyır və elmi ictimaiyyətin ekoloji məsuliyyətini əks etdirir.

    Akademik İsa Həbibbəyli nadir flora nümunələrinin toplanıldığı AMEA-nın şəhərciyində yerləşən Nadir ağaclar parkında yaşıllıq zonasının nadir ağac və gül növləri ilə daha da zəngindiriləcəyini söyləyib, bu məqsədlə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

    Daha sonra ölkəmizin iqlim şəraitinə uyğun olaraq əkilmiş gül kolları və ağaclara texniki qulluq göstərilib.

    AMEA-nın Əsas binasının ərazisində yaz mövsümü ilə əlaqədar aparılan təmizlik, abadlaşdırma və yaşıllaşdırma işləri davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər