
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində iki ölkə arasındakı əlaqələrin xarakterindən bəhs edib. Ölkəmizin başçısı Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSRİ-ə səfərini xatırladan dövlətimizin başçısı o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərinin da əlaqələrin formalaşmasındakı əhəmiyyətli roluna toxunub. Bu əlamətdar səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrildiyini, həmçinin dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin münasibətlərdə yeni səhifə açdığı məmnunluqla vurğulanıb.
Prezident İlham Əliyevin müsahibəsində 2014-cü ildə Vyetnama səfərinin və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin iki dövlət arasında münasibətlərin inkişafına mühüm önəm kəsb etdiyini söyləyib: “Azərbaycanla Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti önə çəkilib. Xarici işlər nazirliklərinin və parlamentlərarası əlaqələrin fəaliyyətinə toxunulub.
Eyni zamanda Azərbaycanın və Vyetnamın Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığından bəhs olunub. İki ölkə arasında energetika sahəsində əməkdaşlığın mühüm aspektlərinin olduğunu vurğulanıb. Buna misal kimi 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilənin əhəmiyyətindən bəhs edilib. Sözsüz ki, neft sahəsində əməkdaşlığımızın möhkəm tarixi təmələ əsaslandığı da ölkəmizin başçısı da tərəfindən qeyd edilməsi xüsusi önəm kəsb edir. Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.
Prezidentin müsahibəsində də qeyd etdiyi kimi iki ölkə arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığın köklərinin sovet dövrünə gedib çıxsa da son illərdə bu daha da inkişaf etdiyi bildirilib: “1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. Həmçinin sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur.
Bu xüsusda Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.
Ceyhun Hüseynov.
Masallı RMX İƏ üzrə mütəxəssis