Azərbaycan və Vyetnam arasında  "Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə   Bəyanat" 

Azərbaycan və Vyetnam arasında   "Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə   Bəyanat" 
  • Cəmiyyət

  • 7 may 2025-ci il tarixində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri çərçivəsində mühüm sənədlər imzalanıb və iki ölkə arasında münasibətlərdə yeni dövrün əsası qoyulub. 

    Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri dost ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə əsaslanan münasibətlərdə yeni səhifə açır. 

    1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri xalqlarımız arasında mehriban dostluq əlaqələrinin möhkəm təməlini qoyulub. Vaxtilə Azərbaycan neftçiləri Vyetnamda neft sənayesinin qurulması və inkişafı istiqamətində böyük xidmətlər göstəriblər. Həmçinin Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində oxuyan vyetnamlı tələbələr ölkələrinin hərtərəfli inkişafına böyük töhfələr verirlər
              
    Qlobal güc mərkəzlərinin dəyişdiyi bir zamanda Vyetnam kimi inkişaf etmiş Asiya ölkəsinin Cənubi Qafqaz regionun güclü aktoru Azərbaycan ilə münasibətlətini inkişaf etdirməkdə maraqlı olması diqqətçəkicidir.
            
     Bu mənada Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri rəsmi Hanoyun regional siyasətə marağının artdığını göstərir. Eyni zamanda, səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli münasibətlərin yüksəlişinə yeni zəmin yaradacağı şübhə doğurmur.

    Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul etdilər.

    Səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında əməkdaşlıq Sazişi” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.

    “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul etdilər.

    Sənaye və Ticarət Nazirliyi arasında energetika, Müdafiə ,  İqtisadiyyat, Elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf,  Mədəniyyət  sahələrində Anlaşma Memorandumları imzalanıb.
               
    Azərbaycanın yerləşdiyi coğrafi məkan, artmaqda olan beynəlxalq nüfuzu, tarixi əhəmiyyətli təşəbbüsləri, yüksəlməkdə olan iqtisadi potensialı ölkəmizi həm Avropa, həm də Asiya coğrafiyasında önəmli aktora çevrilməsini şərtləndirir. Bu kontekstdə Şərqlə Qərb arasındakı loqistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamızın son dövrlər çoxvektorlu beynəlxalq və ikitərəfli əlaqələri daha çox diqqət çəkməkdədir. Eyni zamanda Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri və atdığı düşünülmüş səmərəli diplomatik addımları sayəsində Şimalda Rusiya ilə formalaşmış müttəfiqlik münasibətləri, başda qardaş Türkiyə olmaqla Avrasiya məkanını əhatə edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin sürətli inkişafı, son vaxtlar Cənubda İranla dostluq və əməkdaşlıq niyyətlərinin reallığa çevrilməsi, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu və BRİKS hədəfi, ötən ay Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması məhz rəsmi Bakının Qitələr arasında dayanıqlı körpülərin qurulmasına verdiyi töhfənin böyük əhəmiyyətindən xəbər verir.

    Bu gün uzaq Vyetnamı ölkəmizlə yaxınlaşdıran əlaqələr də məhz bu prizmadan dəyərləndirilməlidir. 


                                                         



    ƏFRAİL FƏRZİYEV, 
    YAP VETERANI.
    PAYLAŞ:

    Oxşar xəbərlər