Sağlam məktəbli...           

Sağlam məktəbli...           
  • Cəmiyyət

  •  "Konstitusiya və Suverenlik İli" çərçivəsində Masallı rayonunun 95 illiyi və Masallı şəhərinin 65 illiyi münasibətilə Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Masallı Bioloji Təbabət Klinikasının birgə təşkilatçılığı ilə Masallı rayonunun ümumtəhsil müəssisələrində “Sağlam məktəbli” layihəsi uğurla davam etdirilir.

    Layihə çərçivəsində 1 may 2025-ci il tarixində Masallı Bioloji Təbabət Klinikasının peşəkar mütəxəssisləri Masallı şəhər Dəfinə Liseyində, 7 may tarixində isə Ərkivan qəsəbə Z. Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçirib. Görüş zamanı uşaqların fiziki və psixoloji sağlamlığı mövzusunda maarifləndirici çıxışlar edilib, valideynləri maraqlandıran suallar cavablandırılıb. 

    Ümumilikdə qeyd olunan iki təhsil müəssisəsi üzrə 130-dan çox valideyn marifləndirmə layihəsində iştirak edib.
    “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilərin sağlam həyat tərzinin təşviqi, valideynlərin bu sahədə biliklərinin artırılması və erkən diaqnostika imkanlarının genişləndirilməsidir.



    PAYLAŞ:

    Oxşar xəbərlər