Ərkivan qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasına baxış

Ərkivan qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasına baxış
  • Cəmiyyət

  • 09 may 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev Ərkivan qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış olmuşlar.

    Ziyarət zamanı rayon rəhbəri ilə birlikdə regional idarənin müdiri də bağçanın pedaqoji kollektivinə və körpələrə uğurlar arzulamışlar.

    Bildiririk ki, Ərkivan qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü, iş adamları Məşkur Qasımov və Qalib Məmmədovun maliyyə dəstəyi ilə 2021-ci il may ayının 10-da başlanmış və 2023-cü il mayın 9-da binanın açılış mərasimi keçirilmişdir.
    Hal-hazırda bağçada 3 qrup üzrə 48 nəfər uşağın təlim-tərbiyəsi ilə 2 tərbiyəçi məşğuldur.






    PAYLAŞ:

    Oxşar xəbərlər