AMEA prezidenti akademik İsa Həbibbəyli Moskvada fəaliyyət göstərən təşkilat sədri ilə görüşüb

AMEA prezidenti akademik İsa Həbibbəyli Moskvada fəaliyyət göstərən təşkilat sədri ilə görüşüb
  • Cəmiyyət

  • AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rusiyada fəaliyyət göstərən “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Moskva Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənovla görüşüb.

    Görüş zamanı akademik İsa Həbibbəyli AMEA ilə Rusiya Elmlər Akademiyası arasında imzalanmış Əməkdaşlıq müqaviləsinə əsasən aparılan elmi tədqiqat işləri haqqında danışıb. Qeyd edib ki, AMEA Rusiya Elmlər Akademiyasının Ural və Sibir Regional Bölmələrinin nəzdində fəaliyyət göstərən Udmurtiya və Yakutiyanın elmi müəssisələri ilə epos yardıcılığı ilə bağlı birgə tədqiqat işlərinin aparıldığını, müştərək elmi konfransların keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Akademiya tərəfindən nəşr edilmiş kitab və monoqrafiyalarla Moskva şəhərində fəaliyyət göstərən “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatına lazımi dəstək göstəriləcəyini bildirib.

    “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Moskva Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənov rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. AMEA ilə kitab mübadiləsinin, birgə elmi layihələrin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

    Görüş zamanı AMEA ilə “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Moskva Regional İctimai Təşkilatı arasında əlaqələrin yaradılmasının əhəmiyyətinə toxunulub, əməkdaşlıq perspektivləri müzakirə olunaraq müvafiq razılıq əldə edilib. Yoox
    PAYLAŞ:

    Oxşar xəbərlər