Novruz bayramı

Novruz bayramı
  • Cəmiyyət

  • Novruz bayramı əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi olmuşdur.Təbiətin oyanışı ilə bağlı olan bu bayram yazın gəlişinin,yeni ilin başlanğıcını və yenilənməni simvolizə edir.Novruz yalnız bir bayram deyil, həm də bir xalqın birlik və həmrəyliyini əks etdirən bir mədəni fenomendir.
             
    Novruzun tarixi qədim dövrlərə gedib çıxır.Tədqiqatçılar onun əsasının Zərdüştlük dövrünə bağlı olduğunu qeyd edirlər.O dövrdə Günəşə,oda və təbiətə olan inamın geniş yayılması Novruzun formalaşmasına təsir göstərmişdir.Azərbaycan xalqı əsrlər boyu Novruzu qeyd etmiş,onu öz adət-ənənələri ilə zənginləşdirmişdir.
             
    1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Novruz bayramını yenidən dövlət səviyyəsində qeyd etməyə başlamışdır.2009-cu ildə UNESKO Novruzu bəşəriyyətin qeyri-madii mədəni irsi siyahısına daxil etmiş,2010-cu ildə isə BMT 21 martı Beynəlxalq Novruz Günü elan
    Etmişdir.
             
    Novruza dörd həftə qalmış hər çərşənbə təbiətin dörd əsas ünsürünə həsr olunur.Su,od,yel və torpaq.Bu şərşənbələr Novruzun əsas fəlsəfəsini-yenilənmə,həyatın davamlılığı və təbiətlə insan arasındakı harmoniyanı əks etdirir.
               
    Novruz bayramı ilə bağlı bir şox maraqlı adət və ənənələr mövcuddur.Tonqal qalamaq,səməni cücərtmək,papaqatma və qapı pusma yumurta döyüşdürmək,Keşəl və Kosa.
               
    Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində geniş miqyasda qeyd olunur.Hər il Bakıda və digər şəhərlərdə rəsmi bayram tədbirləri keşirilir,tonqallar qalanır,kütləvi şənliklər təşkil rdilir.
             
    Qarabağ torpaqlarının işğaldan azad olunmasından sonra bu müqəddəs bayram orada da co.qu ilə qeyd edilir.2024-cü ildə Prezident İlham Əliyev Xankəndidə Novruz tonqalını alovlandıraraq taixi bir ənənəyə imza atmişdır.
               
    Novruz bayramı Azərbaycan xalqının mədəni irsinin,milli birlik və həmrəyliyinin rəmzidir.O,təkcə bir bahar bayramı deyil,həm də xalqın keçmişini,ənənələrini və gələcəyə ümidini əks etdirən müqəddəs gündür.Əsrlər boyu qorunub saxlanılan bu gözəl bayram gələcək nəsillərə də otürülməlidir.

     
         
    Şəkilə Xəlilova,
    Masallı rayon S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi


    PAYLAŞ:

    Oxşar xəbərlər