Qlobal dəyişikliklər

Qlobal dəyişikliklər
  • Cəmiyyət

  •  Qlobal dəyişikliklər, dünyanın müxtəlif sahələrində baş verən genişmiqyaslı dəyişiklikləri ifadə edir. Bütün bunlar sosial, iqtisadi, siyasi, ekoloji və texnoloji sahələri əhatə edə bilər.
     
    Dünyanın əsas problemlərindən biri olan iqlim dəyişiklikləri qlobal istiləşmə, buzlaqların əriməsi, dəniz səviyyəsinin qalxması və ekstremal hava hadisələrinin artması kimi təsirlərlə müşayiət olunur. Karbon emissiyalarının azalması və yaşıl texnologiyaların inkişafı bu problemlə mübarizədə mühüm rol oynayır.

    Dünya siyasətində güc balansı dəyişir. ABŞ, Çin, Rusiya kimi dövlətlər arasındakı rəqabət, Avropa İttifaqının siyasi transformasiyaları, regional münaqişələr və yeni ittifaqlar beynəlxalq münasibətlərə təsir edir.

    Pandemiya, ticarət müharibələri və enerji böhranları dünya iqtisadiyyatına təsir edir. Yeni iqtisadi modellər, yaşıl iqtisadiyyat və rəqəmsal valyutalar qlobal bazarların gələcəyini müəyyənləşdirir.Dünya əhalisi yaşlanır, miqrasiya axınları artır, şəhərləşmə sürətlənir. Bu dəyişikliklər əmək bazarına, sosial siyasətlərə və qlobal təhlükəsizliyə təsir edir.Beləliklə, bütün bunlar qlobal dəyişikliklərin baş verməsi üçün əsas zəmin rolunu oynayır.

     Dünya nizamının dəyişməsi fonunda hər bir ölkə öz milli maraqlarını qorumaq üçün xarici təsirlərdən asılı olmadan qərar qəbul etməlidir. Dövlət başçımız müsahibəsində Azərbaycanın heç bir beynəlxalq təsisata və ya dövlətə arxalanmadan öz suverenliyini qoruduğunu və uğurlu nəticələr əldə etdiyini vurğulayır. Tarix göstərir ki, hər hansı bir xarici yardıma həddindən artıq güvənmək ölkələri zəiflədə bilər. Çünki belə olan halda həm suverenlik məhdudlaşır, həm də gələcəkdə bu yardımların davamlı olacağına heç bir zəmanət yoxdur. Azərbaycan öz resurslarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib və gələcəyini müstəqil şəkildə qurur.

     Bütövlükdə qlobal dəyişikliklər dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Sözsüz ki, bu gün dünya iqtisadiyyatına ən çox təsir göstərən amil məhz Rusiya-Ukrayna müharibəsidir. Amma qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin iqtisadiyyata təsirləri müharibənin başladığı ilk dövrlər ilə müqayisədə xeyli dərəcədə azalıb.

    Azərbaycan iqtisadiyyatına təsiri Rusiya-Ukrayna müharibəsi 2022-ci ildə Azərbaycan istehlak bazarında qiymət artımları ilə müşahidə olundu. Amma buna rəğmən Azərbaycan istehlak bazarında tarazlıq qorunub saxlanıldı. Hökumət tərəfindən həyata keçirilən tədbirlər imkan verdi ki, məhz müharibənin regional təsirləri, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmaq mümkün olsun.

     

                 
    Ziyafəddin Cavadov, 
    Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi

     


    PAYLAŞ:

    Oxşar xəbərlər