
Novruz bayramı xalqımızın çox qədimə gedib çıxan tarixindən xəbər verir. Novruz bayramı Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən varlığını əks etdirir.Bu bayram xalqımızın mədəniyyətini, milli dəyərlərini, adət-ənənəsini özündə əks etdirir və bütün dünyaya tanıtdıran qədim el bayramıdır.
Ulu Öndər Heydər Əliyev ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təziqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramı o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük sevgiylə keçirilməsinə nail olurdu. Qürurla qeyd edirəm ki, məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır. Bu bayrama ümumxalq ahəngini verən dahi siyasətçi, xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyev bayramlarda xalqla bir yerdə olur, görüşər və insanları səmimiyyətlə təbrik edirdi. O, xalqımıza qayğıkeş ata kimi milli birlik və həmrəylik tövsiyə edirdi. Novruz bayramını xalqımızın tarixi bayramı kimi vurğulayan Ümummilli Lider bu hərəkəti ilə də Azərbaycan xalqının qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərirdi.
İlkin Quliyev,
YAP Masallı rayon təşkilatının əməkdaşı