Ağdamda milli-mədəni irsin bərpası istiqamətində layihələr həyata keçirilir

Ağdamda milli-mədəni irsin bərpası istiqamətində  layihələr həyata keçirilir
  • Cəmiyyət

  • 2020-ci il noyabrın 20-si Ağdam şəhərinin işğaldan azad olunduğu gündür.Bu tarix xalqımız üçün şərəf, qürür günüdür.Ağdamın işğaldan azad olunduğu gün üçün Ali Baş Komandan təşəkkür edirik.Çünki Ağdam hərbi əməliyyatsız düşməndən azad olunmuşdur.Bu, böyük uğurdur.Bu, cənab Prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir.

     Bildiyimiz kimi Ağdam şəhərinin böyük əksəriyyəti 1993-cü iliyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.Lakin 44 günlük Vətən müharibəsində Ağdam geri qaytarıldı.İstər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində ağdamlılıar böyük qəhrəmanlıq nümayiş etdirmişdilər.Şəhər, demək olar ki, Ermənistanın işğalçı qoşunları tərəfindən tamamilə minalandığı üçün ordumuz hərbi taktika işlədərək bu istiqamətlərdə hərbi əməliyyatlara yol verməmişdir.

    Ağdam i.ğaldan azad edildikdən sonra noyabrın 23-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdama səfər etmişlər.Dövlət başçımız Ağdam da Azərbaycanın üçrəngli bayrağını qaldırmışdır.

    Ağdam işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dəfələrlə bu şəhərdə səfərdə olublar, orada həyata keçirilən təmir,bərpa və yenidən qurma işləri ilə tanış olublar.Bəli, indi Ağdam şəhəri sürətlə inkişafdadır.Hazırda bu işlər davam etdirilir.Ağdamda bərpa-yenidənqurma işləri aparılır,yeni infrastruktur qurulur,şəhər dirçəlir.Şəhər yenidən qoynunu öz əzəli sakinlərinə-ağdamlılara açıb.

    Ağdamda milli-mədəni irsin bərpası istiqamətində də layihələr həyata keçirilir.Ağdam Cümə məscidində,eləcə də Pənahəli xanın sarayı vəimarət kompleksi ərazisində əsaslı bərpa-quruculuq işləri görülür.Həmçinin 2022-ci ilin oktyabr ayında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada Xurşidbanu Natəvanın qəbirüstü abidəsininaçılışını ediblər.

    Tarix boyu qurucular, yüksək mədəniyyətlilər qalib gəliblər.Necə ki,Azərbaycan qalib gəldi.

     Ağdamı düşmən işğalından qoruyarkən canından keçən hər bir Azərbaycan oğlunu və eləcə də torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanların ruhu bu gün şaddır.Biz onları unutmuruq.Ruhları qarşısında baş  baş əyirik.

     



    Ş.Xəlilova
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi


    PAYLAŞ:

    Oxşar xəbərlər