Yeni Azərbaycan Partiyası yeni amal üçün həyatın keşməkeşli yoluna qədəm qoydu.
Azərbaycan bir qrup siyasi nadanlarının əlində dünya xəritəsindən silinmək üzrə idi. Azərbaycan adlı bir olkəni tarıxə qovuşdurmaq istəyənlər şimaldan SADVALA, qərbdən erməni şovinizminə, özünü qəhrəman sayan Surət Hüseynov, cənubdan “Talış-Muğan respublikası” yaratmaq istəyən Əlikram Hümmətov kimilərinə dəstək verirdilər. Belə bir şəraitdə xalq yollar ayrıcında qalmışdır. Ölkənin vətənpərvər ziyalıların artıq mənəvi cəhətdən məhv edirdilər. Azərbaycanı bu ölümdən qurtarmaq üçün həddindən ziyada təcrübəli və mübariz rəhbərə etiyac var idi.
Zamanın tələbindən yaranan yeni siyasi təşkilatda vətənpərvər ziyalıların müdrik rəhbər ətrafında birləşməyi vacib idilər.
16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur.Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, - deyə Ulu Öndər diqqətə çatdırmışdı. 24 oktyabr 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir.
Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat Yeni Azərbaycan Partiyası yarandı.
1992-ci ilin noyabr ayının 21-də ayazlı-şaxtalı bir gündə Naxçivan şəhərində əsas Azərbaycandan 40 nəfər olmaqla 550 nəfərlik yığıncaqda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Fəxrlə deyə bilərəm ki, Masallı rayonundan, müracət edən 91-lərin sırasında Əziz Axundov, təsis konfransında əsas Azərbaycandan iştirak edənlərin sırasında Şirvan Əbilov da var idi. Cənub regionunda H. Əliyevin təbliği və Yeni Azərbaycan Partiyasının yaranmasında Şırvan Əbilovun danılmaz və misilsiz xidmətləri vardır. Masallı rayonunda Qardaş Fətullayev, Həsənağa Əliyev,Camaləddin Ağayev,Fizuli Fətullayev, Mərhum Sərraf Nurəliyev, mərhum Atabala Hacıyev, mərhum Ələm İbadullayev, mərhumTəvəkkül Mirzəyev Şirvan Əbilovun ətrafında təssübkeş kimi birləşərək hətta cənub regionunda fəaliyyətə başladıq.
Mən də bir gənc olaraq onlarla bir sırada Ulu Öndərin zəkasının nur saçdığı yolda addımlayırdım. O vaxtlar 26 yaşlı bir gəncin Ulu Öndərin zəkasının nuru istiqamətinə addımlamaq çox təəccüblü və təhlükəli məqam idi. Onu da qeyd edim ki, həmin ağır günlərdə H. Əliyevin adını tutmaq yaşından asılı olmayaraq təqiblərə məruz qalmaq deməkdir. Ümummilli liderə inamımız bizi bu yolda qətiyyətli addımlar atmaqdan çəkindirmirdi. Vətənpərvər bir gənc kimi bu yolda addımlamağı özümə fəxr bilirdim. Bu günki günə inamımız sonsuz idi.
Masallı rayonunda 9 nəfər təssübkeşlə cənub regionunda YAP-nın yaradılmasında çox fəal idik. AXC-Müsavat hakimiyyətinin ölüm saçan təqibləri gələcəyə olan inamımızı sarsıda bilmədi. O biri tərəfdən H. Əliyevçiləri Əlikram Hümmətovun dəstəsi təqib edirdi.
Partiya sədri Heydər Əliyev 4 iyun Gəncə qiyamından sonra Bakıya dəvət olunduğu üçün 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi. O, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.
Azərbaycan xalqı bəşər tarixinə qüdrətli şəxsiyyətlər bəxş etmişdir. Belə nadir tarixi simalar sırasında böyük əzəməti, tükənməz qətiyyəti, dərin fəlsəfi-analitik təfəkkürü, ensiklopedik nəzəri və praktiki biliyi, fitri istedadı, dahi müdrikliyi və əyilməz, polad siyasi iradəsi ilə seçilən, müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xüsusi yeri vardır.
Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ümummilli Lider dövlət rəhbəri olduğu dövrdə tale yüklü məsələlərin həllinə imza atmışdı. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. 2003-cü il daxil olmaqla 21 qanun Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanılmış, elm, ədəbiyyat və mətbuatda ideoloji senzura ləğv olunmuş, idmanda böyük uğurlar əldə edilmişdir.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.
Əfrail Fərziyev,
YAP veteranı.
Masallı rayonu.