Azərbaycanın tam qələbəsinin sübutu olan 10 Noyabr Bəyannaməsi

Azərbaycanın tam qələbəsinin sübutu olan 10 Noyabr Bəyannaməsi
  • Cəmiyyət

  • 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı və 44 gün ərzində Vətən müharibəsində Böyük Qələbə qazandı. Qəhrəman əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı şəkildə irəliləyərək doğma torpaqlarını 30 illik düşmən işğalından azad etdilər. Azərbaycan Ordusunun zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və diplomatik məharəti sayəsində 2020-ci il noyabrın 10-da ordusu məhv edilmiş Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənistanın təslim olduğunu rəsmən təsdiqləyən bu sənədin imzalanmasından sonra mövqeləri güclənən Azərbaycan təkcə işğalçı ölkəyə deyil, onu himayə edənlərə də sərt üzünü göstərdi. 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənədidir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

    Əldə olunan razılaşma sənədi ümumilikdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə tam uyğundur. Bu razılaşma Azərbaycanın tam və birmənalı qələbəsidir. İşğalçı düşmənin silahlı birləşmələri işğal altında qalan ərazilərimizi tərk edəcək və həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına tam uyğundur. İşğal olunmuş bütün ərazilər Azərbaycanın nəzarətinə keçir və bu ərazilərdə ancaq Azərbaycan qanunları işləyəcək.

    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

    10 noyabr bəyanatının imzalanması həm də regionda yen reallıqların əsasını qoydu. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq kədərinə son qoyuldu. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, o, nəyi, necə və nə vaxt edəcəyini yaxşı bilir.        

    Dövlət başçısının prinsipial və qətiyyətli mövqeyi, Azərbaycanın milli maraqlarının diplomatik müstəvidə və informasiya məkanında qorunması ona gətirib çıxardı ki, Ermənistanın təslimçilik aktına imza atmaqdan başqa çarəsi qalmadı. Tarixi bəyanatın müvafiq şərtləri çərçivəsində Ermənistan müharibədə uduzan tərəf kimi öz üzərinə bir çox öhdəliklər götürdü.  Ən əsası, 10 noyabr Bəyanatı Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi, iki yüz illik erməni separatizminin kökünü kəsdi.


    Cəlal ƏLİYEV,
    YAP Masallı Rayon Təşkilatının əməkdaşı.
    PAYLAŞ:

    Oxşar xəbərlər