Dini Liderlərin Qlobal Bakı Sammiti çərçivəsində Komitə sədri Ramin Məmmədov bir sıra görüşlər keçirib

Dini Liderlərin Qlobal Bakı Sammiti çərçivəsində Komitə sədri Ramin Məmmədov bir sıra görüşlər keçirib
  • Cəmiyyət

  • Noyabrın 6-da Dini Liderlərin Qlobal Bakı Sammiti çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyə Diyanət İşləri başqanı  Ali Erbaş, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdin,Türkiyənin Cəfərilər icmasının lideri Səlahəddin Özgündüz, Özbəkistan Prezidentinin dövlət müşaviri Müzəffər Kamilov, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerard və Stirlinq Fondunun prezidenti Mayls Hansen, Misirin Dini işlər və vəqflər naziri Osama Əl-Əzhəri, Misir diyarının müftisi Nazir Mohamed Ayad ilə görüşüb.

    Görüşlərdə dini-mənəvi sahədə qarşılıqlı əlaqələr müzakirə edilib, əməkdaşlığın inkişaf perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılıb.

    Dövlət Komitəsinin sədri Azərbaycanın multikulturalizm və tolerantlığın təşviqinə əsaslanan dövlət-din münasibətləri və bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmizdə dini və etnik tolerantlığa əsaslanan dövlət-din münasibətləri modelinin  formalaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dini abidələrin bərpası ilə bağlı Azərbaycanda  və xarici ölkələrdə bir sıra uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb.

    Görüş iştirakçıları Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə siyasətşçiləri, elm və mədəniyyət xadimlərini, dini liderləri bir araya gətirərək çoxsaylı yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndiriblər. Dini Liderlərin Qlobal Bakı Sammiti çərçivəsində qəbul olunan qərarların qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfələr verəcəyinə inandıqlarını vurğulayıblar.

    PAYLAŞ:

    Oxşar xəbərlər