“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir

“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir
  • Cəmiyyət

  • Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası davam etdirilir.

    Oktyabrın 4-də aksiya paytaxtın Xəzər və Pirallahı rayonlarında yerləşən məscidlərin ətrafında keçirilib.

    Din xadimləri, dini icma üzvləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri aksiya zamanı dini ibadət yerlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib.

    Qeyd edək ki, müxtəlif bölgələri əhatə etməklə cari ilin may ayından başlayan aksiya müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.

    PAYLAŞ:

    Oxşar xəbərlər