Prezident İlham Əliyev abidə açılışında iştirak etmişdir

Prezident İlham Əliyev abidə açılışında iştirak etmişdir
  • Cəmiyyət

  • Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında etdiyi çıxış, Azərbaycan xalqının milli mədəniyyətinə, tarixində iz qoymuş şəxsiyyətlərinə və ənənələrinə verdiyi yüksək dəyərin daha bir təzahürüdür. 
               
    Bu abidənin açılışı təkcə Aşıq Ələsgərin xatirəsini yaşatmağın deyil, həm də milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin nə dərəcədə əhəmiyyətli olmasını göstərir. 

    Prezident Əliyev çıxışında Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqı üçün nə qədər böyük mənəvi dəyər kəsb etdiyini qeyd edərək, onun əsərlərinin təkcə Azərbaycan mədəniyyətində deyil, həm də bütün türk dünyasında böyük iz buraxdığını vurğuladı. Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrlə tanınır və onun irsi bugünkü Azərbaycanın milli mədəniyyətinin vacib hissələrindən biridir.

    Bu abidənin açılışı eyni zamanda strateji bir məna da daşıyırdı. Prezident İlham Əliyev, Aşıq Ələsgərin abidəsinin açılmasının yalnız mədəniyyət sahəsində deyil, həm də milli həmrəyliyi gücləndirmək, Azərbaycan xalqının tarix və mədəniyyətinə olan bağlılığını ifadə etmək üçün vacib olduğunu bildirdi. Bu, xüsusilə, Azərbaycanın Qərbi Azərbaycan torpaqlarında yaşayan və tarixən bu bölgədə öz mədəniyyətini yaşatmış insanların irsinin silinməsinə yönəlmiş cəhdlərə qarşı bir cavabdır.

    Prezident İlham Əliyev abidənin açılışında etdiyi çıxışı ilə, Azərbaycan xalqını və xüsusilə də Qərbi azərbaycanlıları tarixi varlıqlarını, mədəniyyətlərini və hüquqlarını qorumaq üçün birləşməyə çağırdı. Bu, həm də xalqın milli irsinin və dəyərlərinin qorunmasının vacibliyini vurğulayan bir çağırış idi.

    Bütövlükdə, Prezident İlham Əliyevin bu çıxışı, Azərbaycan xalqının keçmişi ilə fəxr etməklə yanaşı, gələcəyə doğru əmin addımlarla irəliləməsi üçün bir çağırış kimi qəbul oluna bilər. Aşıq Ələsgərin abidəsi həm tarixi şəxsiyyətlərin unudulmaması, həm də Azərbaycan xalqının milli kimliyinin gücləndirilməsinə istiqamətlənmiş bir addımdır.

    Cənab Prezidentin qeyd etdiyi kimi, "gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik."

    Aşıq Ələsgər Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutan bir şəxsiyyətdir. Onun abidəsinin ermənilər tərəfindən dağıdılması, təkcə mədəni irsə hücum deyil, həm də Qərbi Azərbaycan torpaqlarında xalqımızın tarixi varlığının silinməsinə yönəlmiş bir cəhd kimi qiymətləndirilə bilər. Buna görə də, gələcəkdə Ağkilsə kəndində bu abidənin bərpası yalnız keçmişi yenidən canlandırmaq deyil, həm də milli kimliyimizin və hüquqlarımızın bərpası demək olacaq.

     Uzun illər “qalib ədası” ilə gəzən, “məğlubedilməz ordu” mifi ilə dolanan Ermənistan siyasi-hərbi hakimiyyəti, deyəsən, dünya erməniliyini də, bir sıra dairələri də inandırmışdı ki, doğrudan da, onlar mədəni xalq, qalib ölkə, qədim mədəniyyət sahibləridir. Ancaq soruşan yox idi ki, bəs işğalçılıq, terrorçuluq, yerlə-yeksan edilən şəhərlər, kəndlər, Xocalı soyqırımı və Birinci Qarabağ müharibəsində 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi üçün kim cavab verəcək? Bütün bunların müqabilində ATƏT-in Minsk qrupunun həmsədrləri daxil, bir sıra güclər açıq, gizli şəkildə Azərbaycana reallıqlarla barışmağı təklif edirdi. Guya bir qalib tərəf, bir də məğlub tərəf var, reallıq var və bu reallıqla barışmaq lazımdır. İndi necədir? Qalib Azərbaycan yüksək humanizm göstərir, qalib ləyaqəti göstərir, kommunikasiyaların açılmasına töhfələr verir, dinc yanaşı yaşamağa töhfələr verir, əsir-girovların qaytarılmasını həyata keçirir.

    Qırx dörd günlük müharibədən ötən aylar içində yüzlərlə erməninin cəsədi bizim razılığımızla aşkarlanıb və qarşı tərəfin götürməsinə imkan yaradılıb. Qalib Azərbaycan necə deyərlər, “yıxdığını kəsmir”, ağıllanmağa dəvət edir. Zəfər qazanmış Azərbaycan danışıqlar masasında ləyaqət, ciddiyyət göstərir, sözünü, tələbini açıq deyir. Yəni biz oyun oynamırıq, oyun oynayanlara da yerini “Dəmir yumruq”la artıqlaması ilə göstəririk. Beləliklə, keçilməz xətlərin, yarılmaz səngərlərin üzərinə yeriyən, yeni texnikanın “dil”ini bilən, əcdadın hərb ənənəsi ilə çağdaş elektron hərb sənətinin ortaq yürüdülməsini modelləşdirən oğullar texnoloji mədəniyyətə, tarix şüuruna bir günün içində yiyələnməmişdi. Belə oğulları yetişdirmək ailə, məktəb mədəniyyətinin gücüdür.

    Prezident İlham Əliyevin ali hakimiyyət illəri içində təmir edilən, əsaslı şəkildə yenidən qurulan mədəniyyət müəssisələrinin, yeni tikilən sənət ocaqlarının, keçirilən çoxsaylı beynəlxalq festival, yarışmaların, haqq edənlərin dövlət mükafatları ilə təltif edilməsinin, istedadların üzə çıxarılmasının siyahısı uzundur. Bunlar ardıcıl, məqsədyönlü siyasətin tərkib hissəsidir.

    Dövlətin mədəniyyət siyasətinə ayrılan büdcə vəsaiti ilbəil artmaqdadır. Dövlət başçısı torpağın altındakı mədəni xəzinələrimizin üzə çıxarılmasına da, Azərbaycanın dünya kosmos ailəsinin üzvü olmasına da eyni diqqət və qayğı ilə yanaşıb.

     

     

    Ülvi Rufullayev,
    Masallı rayonu, Binə Xocavar kəndi


    PAYLAŞ:

    Oxşar xəbərlər