Aşıq poeziyası və aşıq sənəti Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin bir sahəsidir. Ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olan aşıq sənəti öz mahiyyəti etibarı ilə həmişə xalq həyatına yaxın olmuş, müxtəlif tellərlə xalqın gündəlik mübarizəsi və mənəviyyatı ilə bağlanmışdır. Həmişə xalqla qırılmaz əlaqədə olan aşıq yaradıcılığı həyatın və zəmanənin tələblərinə uyğun inkişaf edərək müxtəlif mərhələlərdən keçmiş, bəzən parlayıb çiçəklənmiş, bəzən süquta uğramışdır.
Aşıq Ələsgər klassik ədəbiyyatımızın qaynaqlarından şirə almış, zəngin aşıq sənətini dərindən-dərinə mənimsəmiş, böyük bir novator sənətkar kimi onu yeni mərhələyə qaldıra bilmişdir. Milli mənəvi dəyərlərimizin dövlət səviyyəsində qorunması və onların UNESKO-nun "Bəşəriyyətin qeyri- maddi mədəni irsinin reprezentativ siyahısı” na salınması Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin
nəticəsidir. Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı” na daxil edilməsi də bu sahəyə dövlət qayğısının bariz nümunəsidir.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi
mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir.
Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri
keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarında didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
Ulu öndər Heydər Əliyev hər zaman mədəniyyəti ölkənin ümumi inkişafının vacib hissəsi hesab edirdi. Buna görə də mədəniyyət sahəsi üzrə həm qanunvericilik bazasının hazırlanması, həm də praktik yaradıcılıq fəaliyyətinin təbliğ və təşviqini diqqətdə saxlayırdı. Bu gün möhtərəm Prtezidentimiz cənab İlham Əliyev Ulu öndərin siyasətini uğurla davam etdirir. Biz bu gün mədəniyyətə, şəxsiyyətlərə veilən dəyər və qiyməti, onların xatiələrinə ucaldılan abidələr deyilənlərə baris nümunədir. Aşıq Ələsgər Azərbaycan ədəbiyyatı və aşıq sənətində xüsusi izi , dəsti xətti ilə seçilən bir simadır. Aşıq Ələşgər vətəninə, elinə, xalqına bağlı, müdrik, alicənab bir şəxsiyyət olub. Ona verilən dəyər Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirilə bilər.
Sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı oldu. Abidənin açılışında Möhtərəm Prezidentimiz çıxışında qeyd etmişdir: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.”
Bu möhtəşəm abidənin açılışı bizlərə ruh verir. Bizlər bu gün fəxrlə deyə bilərik ki, az qalıb, bizlər Dədə Ələşgərin ruhunu da sevindirib onun abidəsini doğma yurdunda Ağkilsə kəndində ucalmasanına da nail olacağıq.
Əntiqə Tağıyeva
YAP Masallı Rayon Təşkilatının fəal üzvü.