Yeni sevincimiz- Dədə Ələsgər abidəsi

Yeni sevincimiz- Dədə Ələsgər abidəsi
  • Cəmiyyət

  • Sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı oldu. Abidənin açılışında Prezident İlham Əliyev və oğlu Heydər Əliyev iştirak ediblər.

    Aşıq Ələsgər Azərbaycan ədəbiyyatı və aşıq sənətində xüsusi izi , dəsti xətti ilə seçilən bir simadır. Nahaq yerə ona Dədə Ələsgər adı verilməyib. Aşıq Ələşgər vətəninə ,elinə, xalqına bağlı, müdrik, alicənab bir şəxsiyyət olub. Ona verilən dəyər Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirilə bilər.

    Prezidentimiz açılışında iştirak etdiyi bu möhtəşəm tədbirdə böyük nitqində Aşıq Ələsgər haqqında geniş danışaraq  bu gün şəhərimizdə çox əlamətdar bir günün olduğunu qeyd etdi.  Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılışı münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etdi. O bildirdi  ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün mən iki Sərəncam imzalamışam. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılıb. 

    Həqiqətən bu gözəl və aşıq sənətinin böyük ustadı olan Aşıq Ələsgər sənətinə, yaradıcılığına dövlətimizin göstərdiyi ən yüksək qiymət və dəyərlərdən biridir.

    Vətənini , elini sevən, yaradıcılığı ilə ədəbiyyatımızda danılmaz iz qoyan bir insanın tanınması , əbədiləşdirilməsi həqiqətən təqdirə layiq bir işdir.

               Bizə yaxşı məlumdur ki, İttifaqı miqyasında keçirilən Aşıq Ələsgərin 150 illik yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışlar.Lakin ədalət gec tez öz yerini tutur.

    Abidənin açılışında İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, Aşıq Ələsgər Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük.  97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır.

    Bu möhtəşəm abidənin açılışı bizlərə ruh verir. Bizlər bu gün fəxrlə deyə bilərik ki, az qalıb, bizlər Dədə Ələşgərin ruhunu da sevindirib onun abidəsini doğma yurdunda Ağkilsə kəndində ucalmasanına da nail olacağıq. 

     



     
    Dilgüşə Məmmədova,
    Masallı Tarix- Diyarşünaslıq Muzeyinin elmi işçisi 


    PAYLAŞ:

    Oxşar xəbərlər