Prezident İlham Əliyev böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi,böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib.
               
    Cənab Prezident açılışda çıxış edib.Çıxışı zamanı bildirib ki,bu gün ölkəmiz üçün ələmatdar bir gündür.Çünki Bakının mərkəzində Aşıq poeziya sənətinin ən görkəmli nümayəndəsi ustad aşıq Aşıq Ələsgərin abidəsinin açılışıdır.Prezident İlham  Əliyev açılış münasibtilə Azərbaycan xalqını təbrik edib.
               
    Möhtərəm Prezident 3 il bundan əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzaladığını qeyd edib və bildirib ki,həmin sərəncama əsasən Aşıq Ələsgərin 200 illik yubleyi dövlət səviyyəsində qeyd edilməlidir.Didər bir Sərəncam isə onun abidəsinin ucaldılması idi.
             
    Daha sonra isə cənab Prezident Aşıq Ələsgərin Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşaması və orada yazıb- yaratmasından danışmışdır.Çıxışı zamanı cənab Prezident bir məsələni də xatırlamışdır.Bu da ustad sənətkarın ömrünün sonlarına yaxın öz ata-baba yurdundan məcburən tərk olunması idi.Cənab Prezident onu da qeyd etmişdir ki,bu ,XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından-Qərbi Azərbaycandan birinci deportasiyası idi.
             
    Aşıq Ələsgər Vətəninə,elinə bağlı bir sənətkar olmuşdur,bütün təhlükələrə baxmayaraq aşıq yenidən öz doğma yurduna qayıtmış,ömrünün qalan hissəsini orada başa vurmuşdur.
               
    Cənab Prezident daha bir xatırlamasında qeyd etmişdir ki,Aşıq Ələsgərin 150 illiyi də 1970-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir və doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır.Lakin deportasiyanın sonrakı mərhələsində aşığın abidəsi dağıdılmışdır.
               
    Aşıq Ələsgərin fəaliyyəti və yaradıcılığı ilə bağlı çox danışmaq olar.Biz onu deyə bilərik ki,onun yaradıcılığı  xalqımızın qəlbində böyük bir iz buraxmışdır.Xalq onun yaradıcılığına sevə-sevə  müraciət edir.Aşıq Ələsgər yenə də xalqının qəlbində vətənpərvər insan,görkəmli sənətkar kimi əbədi yer tutur.
                 
    Daha sonra cənab Prezident xalqımızım məruz qaldığı deportasiya dalğasından söz açmış,onun yaddaşlarda həkk olunan ağrı və acılarından danışmışdır.27 sentyabr-Anım Gününün qeyd olunmasıdan danışan cənab Prezident bu günlə yanaşı bayran günlərimizi də -8 Noyabr və 20 Sentyabrı da xatırlatmışdır.
                 
    Son olaraq möhtərəm Prezident qeyd etmişdir ki, Qərbi Azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması ,təbii ki,Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının böyük hörmətinin əlamətidir.

         
         
    Ş.Xəlilova,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər