Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Bu gün ölkəmizin tərəqqisi, inkişafı, bütün bölgələrdə, eləcə də bizim rayonda görülən abadlıq-quruculuq işlən hamımızı sevindirir, fərəhləndirir. Bu da Sizin kimi nümunəvi ölkə rəhbərinin - dünya Liderinin uğurlu siyasətinin göstəricisidir.
Dünyaya yayılan şöhrətiniz, adınız, Azərbaycançılıq ideyanız ürəyimizi dağa döndərir.
Dünya arenasında Sizə göstərilən xüsusi hörmət və sevgi ölkəmizin, vətəndaşlarımızın imicini qaldırır. Siz başımızın tacısınız!
Son illər gözəlləşən rayonlar içərisində doğma Masallımızın öz yeri, öz töhfəsi var. Məhz Sizin - cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Masallı günbəgün gözəlləşir, abadlaşır, şəhər, qəsəbə və kəndlərdə böyük işlər aparılır, torpaqdan səmərəli istifadə olunur, daha çox ərzaq məhsulları əldə etmək düşünülür. Dahi Heydər Əliyevin adını daşıyan prospekt, Bakı və Azərbaycan prospektləri, Bayraq Meydanı, neçə-neçə istirahət obyektləri adamı valeh edir, sevindirir. Hələ Heydər Əliyev, Xətai, Nizami parklarının özünəməxsus görüntüləri nə qədər qürurvericidir. Masallı indi tərtəmizdir, səliqəlidir, şəhərə bənzəyir. Kəndləri də, qəsəbələri də inkişaf edir, gözəlləşir.
Əziz Prezidentimiz!
Görülən bu işlərə görə Sizə minnətdarlıq bildiririk. Dövlətimizin xarici və daxili siyasətini bəyənirik, alqışlayırıq.
Uca Tanrı Sizi və ailənizi, övladlarınızı qorusun!
Hörmətlə,
Şükürov Əlihüseyn Məmmədhüseyn oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.