Dövlət Komitəsinin sədri yeni təyinat almış din xadimləri ilə görüşüb

Dövlət Komitəsinin sədri yeni təyinat almış din xadimləri ilə görüşüb
  • Cəmiyyət

  • Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün cari ilin 27 iyun - 06 iyul tarixlərində keçirilən müsahibədə uğur qazanan və təyinat alan din xadimləri ilə görüşüb.

    Azərbaycan İlahiyyat İnstititunda keçirilən görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini icmalara dövlət qayğısının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında milli-mənəvi dəyərlərimizin, tarixi dini abidələrimizin bərpası və qorunması, dini fəaliyyət sahəsində məsələlərin həlli istiqamətində kompleks addımlar atıldığını qeyd edib. R. Məmmədov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin qorunması sahəsindəki fəaliyyətinin önəmini vurğulayıb.

    Din xadimlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkəmizdəki sağlam dini mühitin möhkəmlənməsi, xalqımıza xas milli birlik ənənələrinin təbliği din xadimlərinin fəaliyyətində əsas prioritetlərdən olmalıdır.

    Görüşdə yeni təyinat almış din xadimlərinin fikirləri və təklifləri dinlənilib. Dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirən çıxışçılar dini sahəyə göstərilən həssas münasibətdən məmnunluqlarını ifadə ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər