Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edir.
Leqal.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzindəki Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verilir.
Məlumata görə, 5895 məntəqənin nəticələri MSK-ya daxil olub. Seçkilərin ilkin nəticələrinə əsasən 125 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanır.
Qeyd edək ki, parlament seçkiləri ilə bağlı səsvermə prosesi bu gün 8:00-dan 19:00-a qədər həyata keçirilib. 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.//report