Mən “Medera” klinikasında işləmirəm və bu məsələyə müdaxilə etməyə o qədər də haqqım yoxdur. Heç nə deyə bilmərəm.
Leqal.az xəbər verir ki, bu sözləri Axar.az-a xalq artisti Ağadadaş Ağayev və “Medera”nın gözətçisi Nurəddin Cəlilov arasında 22 iyulda baş verən insident haqda sualı cavablandıran klinikanın sahibi, iş adamı Qaraxan Əliyev deyib.
Xatırladaq ki, Qaraxan Əliyevin sözügedən tibb müəssisəsinin sahibi olduğu bildirilsə də, özü bu faktı təkzib edir.