Ölkələrarası münasibətlər iki cür inkişaf edir bir var dövlətlərarası münasibətlər birdə var xalqlararası münasibətlər 2-ci daha sağlamdır.Onun təməli daha güclü olur çünki,o siyasi maraqlarla deyil könül bağı ilə yaranan dostluğudur.Azərbaycan və Pakistan münasibətləridə bu dostluqlardandır. Pakistanla Azərbaycanın dostluq münasibətləri uzun illərə dayanır.Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Pakistan xalqına etdiyi yardım bu gündə qardaş ölkədə minnətdarlıqla qarşılanır.Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən biri olmuşdur.Qarabağ məsələsinə görə Ermənistanın müstəqil dövlət kimi tanımayan BMT yə daxil olan yeganə ölkədir.Pakistanla münasibətlər Ümumillider Heydər Əliyevin hakimiyyəti illərdində olmuşdur.Prezident İlham Əliyevin hakimiyyəti dövründə dahada möhkəmlənmişdir.2002-ci ildə ölkələrarası müdafiə və hərbi sazişlə ölkələrarası sıx hərbi mütəfiqlik yaranıb.
2005-ci ildə prezident İlham Əliyevin Pakistana səfəri ilə əlaqədar olaraq maliyyə, təhsil, səhiyyə, nəqliyyat, informaiya və kommunikasiya, aviasiya, mədəniyyət, əməkdaşlıq üzrə razılaşmalar əldə edilib.Azərbaycan Pakistanın inkişaf etmiş kənd təsərüfatı sahəllərini öyrənir.2024-cü ilin iyul ayında Şanxay əməkdaşlıq zirvə toplantısında Qazaxıstanın paytaxtı Astana şəhərində prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Və Pakistanın baş naziri Şahbaz Şərif arasında keçiriliən üçtərəfli görüş zamanı İslamafobiya, Qəza kimi mövzularda üç dövlətin eyni fikirləri ortaq mövqeyi səsələnib. Azərbaycanlıların qardaş dövlətə sevgisi 2-ci Qarabağ müharibəsi dövründə daha çox Pakistan və Azərbaycan bayraqlarının eyni sevgi ilə daşıdıqlarında göstərilirdi.
11 iyul 2024-cü il tarixində Azərbaycan respublikasının xarici işlər nazirliyi ilə Pakistan İslam respublikasının xarici işlər nazirliyi arasında konsulluq əməkdaşlıq haqqında anlaşmanı, Tranzit ticarət haqqında ,dövlət əmlakının özəlləşdirilməsi ,Mineral ehtiyyatlar və geologiya, hərbi mədəni mübadilə proqramını, informasiya komunikasiya texnologiyaları və Turizm sazişi haqqında memorandumunu mübadilə etdilər. Prezident İlham Əliyev mətbuata çıxışı zamanı bildirdiki, 7 ildən sonra Pakistana səfəri olmuşdur.Bizim qardaşlığımız əsirlərlə olan dərin hisslərə əsaslanır.Azərbaycana gələn Pakistanlıların sayı dəfələrlə artmışdır.Pakıstanlılar Bakıya içəri şəhərə gələndə oranı Multan adlandırılar beləliklə onlar əsirlərlə olan qardaşlığ və bir-birimizə bağlılığımızı anlayırlar.Hər beynəlxalq məsələlərdə bir birimizi dəstəkləyirik.Kəşmir məsələlərində biz hər zaman sizin yanınızda olacağıq və ədalətin tərəfində dayanacağıq.İnanırıq ki, ədalət zəfər çalacaq.Biz qardaşıq və dostuq. Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif İslamabadı Bakıya oxşadacağıq biz Bakıdan nümunələr götrürük.Baş nazir həmçinin biz uzaqda olsaqda qəlblərimiz bir yerdə döyünür fikrini səsləndirmiş və noyabr ayında Azərbaycanda səfərdə olacağı vurğulamışdır.
Fidan Nəhmədova,
Masallı rayonu, II Yeddioymaq kəndi