Türk dünyasının inkişafı birliyimizdir

Türk dünyasının   inkişafı birliyimizdir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.Görüşdə  Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.İlk növbədə, qonaqları salamlayaraq, onların ölkəmizdə olmasından məmnun olduğunu bildirib.

    O,çıxışında  TÜRKPA-nın növbəti plenar iclasının yaxşı nəticələr verəcəyinə əmin olduğunu toplantı iştirakçılarının nəzərinə çatdırıb. Dövlətimizin başçısı Türk dünyasının birləşməsi istiqamətində  ölkələrimizin böyük səylər göstərdiklərini, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsinin, Türk dövlətləri ilə əlaqələrimizin prioritet istiqaməti kimi müəyyən olunduğunu deyib .“Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir”.

    O, çıxışında  bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən birinin iqlim məsələləri olduğunu vurğulayıb.  Azərbaycanın bu il COP29 konfransına ev sahibliyi edəcəyini,bunun, ölkəmiz üçün həm böyük məsuliyyət, həm də böyük şərəf olduğunu diqqətə çatdırıb.Dövlətimizin başçısı Zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi məna daşıdığını qeyd edib.Şuşanın 4 ilə yaxındır ki, işğaldan azad edilidiyini və orada sürətlə quruculuq-bərpa işləri aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir”. O çıxışında azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başladığını bildirib.Bunların Özbəkistan və Qazaxıstan ölkələri  tərəfindən inşa edildiyini açıqlayıb. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduğunu, Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcəyini diqqətə çatdırıb.” Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm”.

    Azərbaycan Prezidenti çıxışında azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturunun yaradıldığını və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlərin fəal iştirak etdiklərini bildirib . Dövlətimizin başçısı azad edilmiş torpaqlarda həyatın bərpa olunduğunu, artıq 4 şəhər və 4 kənd bərpa ediliərək  keçmiş köçkünlərin oraya qayıtdıqlarını deyib.O, çıxışında geniş quruculuq, abadlıq işləri aparıldığını, Qarabağın, Şərqi Zəngəzurun dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Azərbaycan Prezidenti çıxışının sonunda demişdir:“Mən bir daha qeyd etmək istəyirəm ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək.  Bizim vəzifəmiz  bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur”.




    Ziyafəddin Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi 

    PAYLAŞ:

    Oxşar xəbərlər