Dövlət Sərhəd Xidmətinin (DSX) ötən gün həlak olan əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncəyə gətirilib.
2005-ci il təvəllüdlü Nağıyev Əli Elşən oğlunun nəşi artıq ailəsinə təhvil verilib. Bu gün əsgərlə vida mərasimi keçiriləcək.
Xatırladaq ki, dünən DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hərbi hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.
Yunis Quliyev